İran bölgə üçün hərtərəfli sülh axtarışındadır.
"Report" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf Pakistan ordusunun baş komandanı Asim Munirlə görüşdə deyib.
"Ümid edirəm ki, müharibəyə başlayanlar və bu gün onu dayandırmağa can atanlar etimadsızlıq yaradan əvvəlki davranışlarına son qoyacaqlar", - o bildirib və əlavə edib ki, İran bölgədə tam sülh, təhlükəsizliyin bərqərar olmasında qətiyyətlidir, lakin qarşı tərəf həmişə tədbirlərin nəticə verməsinə mane olur: "Bu gün Livan parlamentinin sədri ilə söhbətimdə də vurğuladım ki, Beyrut hərtərəfli atəşkəsin ayrılmaz hissəsidir və bölgədə davamlı sülhə doğru irəliləyişdə mühüm rol oynayır".

Şərhlər