Bu gün ABŞ Prezidenti Donald Tramp şəxsi təyyarəsində jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən diqqətçəkən açıqlama verib.
Tramp bildirib ki, İranla mövcud atəşkəs rejiminin uzadılması hələ də sual altındadır. Onun sözlərinə görə, proses istədiyi istiqamətdə getməsə, ABŞ hərbi əməliyyatları yenidən bərpa edə bilər.
“Bəlkə də atəşkəsi uzatmayacam. Deməli, blokada var və təəssüf ki, yenidən bomba atmağa başlamalı olacağıq”, – deyə Tramp qeyd edib.
"AzPolitika.info"

Şərhlər