Menu

Tramp İranın Hörmüz boğazını yenidən bağlamaq qərarını tənqid edib

18.04.2026, 18:24
Tramp İranın Hörmüz boğazını yenidən bağlamaq qərarını tənqid edib

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını yenidən bağlamaq qərarını tənqid edib.

Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranın bu addımını “bir az hiyləgər davranış” kimi qiymətləndirib.

Onun sözlərinə görə, buna baxmayaraq Vaşinqton Tehranla danışıqları davam etdirir və proses müsbət istiqamətdə gedir: “Onlarla danışırıq. Günün sonuna qədər bu məsələ ilə bağlı əlavə məlumatımız olacaq. İran boğazı yenidən bağlamağa çalışıb, lakin bizi şantaj edə bilməz”.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır.

Şərhlər

Əli 2026-04-19 20:18:40

Ə donquli nə deyirdin İran(Hörmüz) boğazı açıldı və hər şey yaxşı olacaq..... . .....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol