Menu

Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb - FOTO

18.04.2026, 20:26
Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergün Liviyada davam edən "Flintlock-2026" çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin açılış mərasimində iştirak edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi Liviya Milli Birlik Hökumətinin müdafiə naziri general-mayor Əbdüssəlam Zubi, Liviya Milli Ordusunun baş komandan müavini, ordu generalı Səddam Haftar və ABŞ Afrika Komandanlığının müavini general-leytenant Con Brennan ilə görüşlər də keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol