Menu

Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırıb

20.04.2026, 14:36
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırıb

Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsinin gündəmdə saxlanması məhsuldar deyil.

Ermənistan mediasının məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib.

“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayaq. Bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var”, — Paşinyan vurğulayıb. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol