Menu

"ABŞ rəsmilərinin ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır..." - Pezeşkian

20.04.2026, 20:13
"ABŞ rəsmilərinin ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır..."  - Pezeşkian

ABŞ İranın təslim olmasını istəyir.

Bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

Pezeşkian öhdəliklərin yerinə yetirilməsinin dialoqun əsası olduğunu bildirib.

İran Prezidenti qeyd edib ki, ABŞ-ın hərəkətlərinə etimadsızlıq davam edir.

“Son günlərdə ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır - onlar İranın təslim olmasını istəyirlər. İran xalqı isə zor dilinə təslim olmur”, - Pezeşkian qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol