Menu

İran 40 gündə bu ölkəyə 2800 dəfədən çox hücum edib

21.04.2026, 10:56
İran 40 gündə bu ölkəyə 2800 dəfədən çox hücum edib

Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmisi Rim Əl-Haşimi İranla bağlı sərt açıqlamalar verərək, ölkəsinin son 40 gün ərzində ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyini bildirib.

"Politico" nəşrinin məlumatına görə, Əl-Haşimi deyib ki, BƏƏ neft sərvətindən istifadə edərək iqtisadi güc mərkəzi qurmağı bacarıb, lakin İran bu modeli pozmağa çalışıb.

“Biz neft sərvətimizdən iqtisadi güc mərkəzi qurmaq üçün istifadə etdik. Onlar ifratçı dövlətdir... bu modeli qırmaq istəyirdilər”, – deyə, o, bildirib.

Rəsminin sözlərinə görə, BƏƏ cəmi 40 gün ərzində 2800-dən çox raket və dron hücumu ilə qarşılaşıb. O iddia edib ki, bu hücumların 90 faizdən çoxu mülki infrastrukturu hədəf alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol