ABŞ Prezidenti Donald Tramp İranla imzalanacaq yeni müqavilədən əvvəl sosial media hesabında açıqlamalar verib.
Barak Obama administrasiyasını hədəf alan Tramp, təyyarə ilə İrana göndərilən milyardlarla dollardan bəhs edib.
Donald Tramp, İranla imzalayacaqları müqavilənin Barak Obama dövründə imzalanan və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə müqaviləsindən "daha yaxşı" bir müqavilə olacağını iddia edib.
Tramp, ABŞ administrasiyasının o dövrdə təyyarə ilə İrana milyardlarla dollar nağd pul göndərdiyini və Tehrana milyardlarla dolların ödənildiyini də iddia edib.
"Əgər Tramp dövründə razılaşma əldə olunarsa, bu, təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa, Amerika və hər yerdə sülh, təhlükəsizlik və əmin-amanlıq təmin edəcək", -deyə o qeyd edib.
"AzPolitika.info"

Şərhlər