Macarıstanın yeni seçilmiş Baş naziri Peter Maqyar bildirib ki, ölkəsi İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin axtarış siyahısında olduğu halda Macarıstan torpağına ayaq basarsa, onu həbs etməyə borcludur.
"Mən bunu İsrail Baş nazirinə də aydın şəkildə bildirdim. Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalmaqda qərarlıdır. Əgər bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürsə və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan bir şəxs ərazimizə daxil olarsa, həmin şəxs həbs olunmalıdır", -deyə o qeyd edib.
Qeyd edək ki, BCM 2024-cü ildə Benyamin Netanyahunun həbsinə dair order verib.
"AzPolitika.info"

Şərhlər
Yeni lider, daha təravətli-hüquqi mövqe? Güclü dövlətlər, Beynəlxalq Məhkəmələr, İnterPolis, NATO, hər vətəndaşı və ailəsi süllhsevər məramlı dünya aşkar hərbi cinayətləri və cinayətkarları izləyib-görüb, təqib etmirlərmi, ya özləri də cinayətkarca nəinki, buraxırlar, yüksək itaətkar nəvazişlə qəbul da edirlər?