Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycana rəsmi səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
E. Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər
Şükür ilahinin dərgahına ki, Yaqub Eyyubov ayda15 min maaşın müqabilində heç olmasa rübdə bir dəfə işə çıxıb qonaq qəbul elədi. Hər 45 minə bir qonaq qəbulu 80 yaşındakı bir ahıl adam üçün zarafat məsələ deyil. Həm də xalqımız arxayın oldu ki, büdcəmizin o qədər pulu havayı xərcləmir. Geməsə Latviya prezidenti aeroportda qalacaqdı biyabır olacaqdıq