Menu

Azərbaycan neftinin qiyməti 111 dollara yaxınlaşıb

22.04.2026, 09:47
Azərbaycan neftinin qiyməti 111 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,34% artaraq 110,89 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Şərhlər

Mühasib 2026-04-22 10:05:10

Neftin bahalaşmasından indiyə qədər xalqa çatan nəsə olub? Niyə xalq bunun faydasını görmür? Bu pulları kimlər oğurlayır? Bunu kim izah edə bilər.Əksinə yanacaq doldurma məntəqələrində qiymət artımları baş verib.Bu paradoksun mənası nə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol