ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəsi uzatmasının əsas səbəblərindən biri, Vaşinqton və vasitəçilərin son təklifə Müctəba Xameneidən cavab gözləməsi olub.
Bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, Pakistanın vasitəçilik səyləri ilə tanış olan regional mənbə və İsrail rəsmisi Trampın qərarının bu gözlənti ilə əlaqəli olduğunu bildirib. İsrail mənbəsinin iddiasına əsasən, Xameneinin cavabının çərşənbə günü təqdim ediləcəyigözlənilir.
"Axios" yazır ki, Tehran daxilində danışıqların davam etdirilməsi məsələsində ciddi fikir ayrılığı var. Parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı dialoqu dəstəkləsələr də, SEPAH komandirləri ABŞ-nin blokadası davam etdiyi müddətdə hər hansı güzəştə qarşı çıxır.
"AzPolitika.info"

Şərhlər