İran ABŞ ilə münaqişənin sülh yolu ilə həlli üçün dialoqu həmişə alqışlayıb, lakin Vaşinqtonun blokadası və təhdidləri danışıqlara mane olur.

"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

"İran həmişə dialoq və razılaşmaları alqışlayıb və alqışlamaqda davam edir. Qeyri-səmimilik, mühasirə və təhdidlər əsl danışıqlar üçün əsas maneələrdir", - o, "X" sosial şəbəkəsində yazıb.