İsrailin Tel Nof bazasında F-15 qırıcılarından məsul texniki işçi kimi çalışan Hərbi Hava Qüvvələrinin iki əməkdaşı İrana casusluq etməkdə ittiham olunur.

Bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.

Məlumata görə həmin şəxslər müharibə dövründə düşmənə kömək etməkdə ittiham olunur və şübhəlilərdən biri dövlətə xəyanət maddəsi ilə ittiham oluna bilər.

Hadisədən xəbərdar olduqları halda məlumat vermədikləri iddiası ilə daha səkkiz əsgər də istintaqa cəlb olunub.