Hörmüz boğazında yerləşdirilən 20 və ya daha çox minanın tamamilə təmizlənməsi 6 ay çəkə bilər və bu əməliyyatın ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin bitməsindən əvvəl baş verməsi ehtimalı azdır.

Bu barədə "Washington Post" nəşri məlumat yayıb.

Pentaqonun yüksək vəzifəli bir məmuru ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvlərinə məxfi təqdimatda Hörmüz boğazındakı minaların təmizlənməsi üçün təxmini vaxt cədvəlini paylaşıb.

Həmin cədvəlin həm Demokratlar, həm də Respublikaçılar tərəfindən məyusluqla qarşılandığını bildiriblər.

Digər tərəfdən, Pentaqon mina təmizləmə əməliyyatlarının nə qədər davam edə biləcəyi ilə bağlı "WP"-nin suallarını cavabsız qoyub.

"AzPolitika.info"