Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya”nın təşkil etdiyi "Super Keno” tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.
Qalibə 2, 12, 23, 32, 34, 43, 50, 54, 63, 69 rəqəmləri uğur gətirib. Uduş xəbərini aldıqdan sonra böyük sevinc yaşadığını bildirən İzzət Ağa bu anın onun üçün unudulmaz olduğunu qeyd edib. O, sevincini ilk olaraq ailəsi ilə bölüşüb. Şanslı qalib qazandığı məbləğlə evinin tikintisini tamamlamağı və həyat yoldaşının avtomobil arzusunu yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, "Super Keno” lotereyasında ən böyük uduş 1 000 000 manatdır. Belə ki, 70 rəqəm arasından sevdiyiniz 10 rəqəmi seçərək həyatınızı dəyişəcək böyük uduşu qazanmaq şansına nail ola bilərsiniz.
Həftənin hər günü saat 19:45-də keçirilən "Super Keno” lotereyası "Xəzər” TV, eləcə də "Azərlotereya”nın "Youtube” və "Telegram”kanallarında canlı yayımlanır. Biletləri "Azərlotereya” satış nöqtələri, "Azərpoçt” şöbələri, "Misli” məntəqələri, OBA marketlərindən, eləcə də Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər.


Şərhlər
Bilirsiniz bu məlumat nəyə bənzəyir? "Gözəlçə" filmində fahişəliyin təbliğinə. Yəni, küçə fahişəsi milyarderi ələ keçirir və ağ supermaşında gözəl gələcəyə daxil olur. Mahiyyət nədədir? Ey qızlar, fahişəlik edin, bəxtiniz gətirsə ağ maşında gəzəcəksiniz! Əxlaq, namus, dəyanət - bunlar sizin mindiyiniz ağ maşına otura bilməyənlər tərəfindən uydurulan "dəyərsizliklərdi". Minlərlə, bəlkə də milyonlarla qızların bu yolun qurbanı olması barədə heçnə deyilmir. Eləcə də burada: on minərlə insan faktiki qumara cəlb edilir. Dağılan ailələr, itirilən evlər, məhv edilən talelər nəzərə alınmır. Deyin ki, belə deyil, axı cavan oğlan sevinir.