İranın nüvə proqramı məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Bəqayi qeyd edib ki, əvvəlki danışıqlar raundlarında müzakirələr İranın nüvə proqramına yönəlmişdi, lakin hazırkı vəziyyətdə bu mümkün deyil.
Diplomat vurğulayıb ki, əsas mövzu münaqişəyə Tehranın maraqlarına cavab verən şəkildə son qoymaqdır.
Bəqai vurğulayıb ki, danışıqlar mövzuları da inkişaf edən vəziyyətdən asılı olaraq dəyişəcək: "İran üçün sanksiyaların aradan qaldırılması, kompensasiya və təcavüzkarlıq məsələlərinin istənilən razılaşmaya daxil edilməsi vacibdir".

Şərhlər