Menu

"İranlıların birliyi ABŞ-ni sarsıdıb" - Müctəba Xamenei

24.04.2026, 00:55
"İranlıların birliyi ABŞ-ni sarsıdıb" - Müctəba Xamenei

İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb. Bunu İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.

"Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib", - o bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.

M. Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.

Qeyd edək ki, aprelin 23-də İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei də oxşar motivli paylaşımlar ediblər. (report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol