Rusiya ötən gecə Odessaya növbəti hava hücumu təşkil edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının rəhbəri Sergey Lısak və regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper məlumat veriblər.
Lısakın sözlərinə görə, zərbələr şəhərin yaşayış məntəqələrinə endirilib: "Zərbələr bir neçə yaşayış binasında - iki ikimərtəbəli və bir üçmərtəbəli binada qeydə alınıb." O, həmçinin qeyri-yaşayış binasına da zərbə endirildiyini bildirib.
Oleq Kiper üçmərtəbəli binanın PUA ilə vurulduğunu yazıb. Ukrayna Təcili Yardım Xidməti Rusiyanın Odessadakı yaşayış binalarına endirdiyi zərbələr nəticəsində 2 nəfərin öldüyünü, 14 nəfərin isə yaralandığını bildirib.
Daha iki ikimərtəbəli yaşayış binası dağılıb, yeddi nəfər yaralanıb. Dağıntılar altından bir nəfər xilas edilib, 20 sakin (o cümlədən iki uşaq) təxliyə edilib.
“AzPolitika.info”


Şərhlər