Menu

MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub

24.04.2026, 11:24
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub

Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub.

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” məsələ parlamentin aprelin 27-də keçiriləcək iclaısının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol