"AzRe Təkrarsığorta" şirkətinin rəhbərliyində dəyişiklik baş verib.
Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü vəzifəsinə təyin olunub.
O, bu posta keçmiş bankir Asim Salamovu əvəz edib. Nəticədə "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub.
Qeyd edək ki, Orxan Bayramov 2013-2017-ci illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə "BakıKart" operatoru olan "K Group" MMC-nin direktoru vəzifələrində çalışıb.

Şərhlər