İsrailin Baş naziri Binyamin Netanyahuda 2024-cü ildə bədxassəli şiş aşkarlanıb.
“AzPolitika” xəbər verir ki, jurnalistlərə sağlamlığındakı problemlər barədə danışan Netanyahunun dediyinə görə, illik tibbi müayinəsindən sonra 2024-cü ilin sonlarında bədxassəli prostat şişinin çıxarılması üçün əməliyyat keçirib.
Ölçüsü 1 sm-dən az olan şiş adi müayinə zamanı aşkar edilib. Testlər onun erkən mərhələdə olduğunu və metastaz vermədiyini göstərib. Netanyahunun sözlərinə görə, müalicə uğurlu olub: 29 dekabrda keçirilən əməliyyat problemi tamamilə aradan qaldırıb.
O, İranla davam edən hərbi əməliyyatlar fonunda məlumatın ictimaiyyətə açıqlanmamasına qərar verib və xəbərin yayılmasını təxirə saldığını qeyd edib. Onun dediyinə görə, həkimlər ona bu problemin yaşlı kişilərdə ümumi hal aldığını deyiblər.
“AzPolitika.info”

Şərhlər
O çoxdan gəbərib, guya yaşayır rolu oynayır media :))