ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın maliyyə yükü sürətlə artır.

Bu barədə “İran Müharibəsi Xərcləri İzləyicisi” portalı məlumat yayıb.

Məlumata görə, münaqişənin başlamasından 55 gün keçməsinə baxmayaraq, əməliyyatın ümumi xərcləri artıq 61,2 milyard dollara çatıb.

Hesabatda qeyd olunur ki, bu rəqəmlər əməliyyatın Vaşinqtona:

- Hər saniyə 11.500 dollar;

- Hər saat 41,7 milyon dollar;

- Gündə isə təxminən 1 milyard dollara başa gəldiyini göstərir.

"AzPolitika.info"