İsrailin Livana son aylardakı təcavüzü nəticəsində 2496 nəfər qətlə yetirilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralananların sayının isə 7725 nəfər olduğu bildirilib.
İsrailin bombaladığı və işğal etdiyi yaşayış yerlərindən didərgin düşmüş şəxslərin sayı 120000-i ötüb.
Qeyd edək ki, İsrailin livana təcavüzü martın 2-də başlayıb. İsrail hücumlarda məqsədin "Hizbullah"-a qarşı mübarizə olduğunu biıldirir.
Bir müddət sonra atəşkəs elan olunmasına və sonradan atəşkəsin uzadılmasına baxmayaraq münaqişə davam edir.
Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Şərhlər
Güman ki, öz vətəndaşlarının müdafiəsinə and vermiş Livan Prezidentinin bu qətl statistikasına münasibəti əcəbdir? Özgə ordunun öz ərazisinə qalmasından məmnun prezident sanki, öz sakinlərinin məhv edilməsinə razıdır və Konstitusion dövlət, ərazi və sərhəd anlayışlarını onun hansısa şəxsi maraqları əvəzləyir?