“Pakistanda çox səmərəli səfər oldu. Bu ölkənin xoşməramlı xidmətlərini və bölgəmizə sülh gətirmək üçün qardaşlıq səylərini çox qiymətləndiririk”.
APA xəbər verir ki, bunu öz “X” hesabında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçi İrana qarşı müharibəni daimi olaraq sona çatdırmaq üçün mümkün olan çərçivə ilə bağlı İranın mövqeyini bölüşdüyünü yazıb.
Sonda isə ABŞ-ın danışıqlara yanaşması ilə bağlı şübhələrinin olduğunu vurğulayan XİN rəhbəri sözlərinə belə davam edib: “ABŞ-nin diplomatiyaya həqiqətən ciddi yanaşıb-yanaşmadığını isə hələ görməmişik”.

Şərhlər