İraqın Kərkük şəhərində dəhşətli yol nəqliyyat hadisısi baş verib.
Belə ki, bir yük maşını və 37 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 7 nəfər ölüb, 23 nəfər yaralanıb.
Məlumata görə, şəhər mərkəzinin Azadi rayonunda hərəkət edərkən bir yük maşınının əyləci sıradan çıxıb və nəticədə 37 nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerindən paylaşılan görüntülərdə bəzi avtomobillərin yandığı görünüb.
İraq hökumətindən verilən açıqlamada oxşar qəzaların qarşısının alınması üçün ağır tonlajlı yük maşınlarının günorta saatlarında şəhər mərkəzinə girişinin qadağan ediləcəyi bildirilib.
"AzPolitika.info"

Şərhlər