ABŞ Prezidenti Donald Tramp müsahibə zamanı Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində ona hücum edən şübhəlinin ona və administrasiyasına qarşı irəli sürdüyü ittihamları oxuyan aparıcıya qəzəbli reaksiya verib.
Buna səbəb "CBS" televiziyasının aparıcısının Trampa hücum edən Norah ODonnell Kol Tomas Allenin yazdığı qeydləri səsləndirməsi olub.
Aparıcı "təcavüzkar, pedofil" kimi ittihamları ehtiva edən qeydləri oxuduqdan sonra Tramp buna qəzəblənib.
"Mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm, pedofil deyiləm. Siz dəhşətli insanlarsınız. Bu xəstə bir insanın boşboğazlığıdır",-deyə Tramp qeyd edib.
O, aparıcıya bu ifadələri oxuduğuna görə "utanmalı olduğunu" deyib.
Daha sonra Tramp bir daha sözügedən iddiaların onunla heç bir əlaqəsi olmadığını vurğulayıb.
"AzPolitika.info"

Şərhlər