Menu

Şimali Koreyadan Rusiyaya növbəti jest – Ukraynada döyüşən hərbçilərə həsr olunan memorial açıldı

27.04.2026, 14:28
Şimali Koreyadan Rusiyaya növbəti jest – Ukraynada döyüşən hərbçilərə həsr olunan memorial açıldı

Şimai Koreyanın paytaxtı Pxenyanda Rusiya tərəfində döyüşən hərbçilərə həsr olunmuş memorial kompleks və “xarici hərbi əməliyyat qəhrəmanlarının muzeyi”nin açılışı keçirilib.

Aprelin 26-da baş tutan mərasimdə Şimali Koreya lideri , eləcə də Rusiya nümayəndə heyəti iştirak edib.

Şimali Koreya mənbələri bu hərbçiləri “xarici hərbi əməliyyat iştirakçıları” kimi təqdim edir və onların müharibədə Rusiya tərəfində döyüşdüyünü bildirir. Xüsusilə Kursk istiqamətindəki döyüşlərdə Şimali Koreya bölmələrinin aktiv istifadə olunduğu qeyd edilir.

Açılışı keçirilən memorialda həm rus, həm də Şimali Koreya hərbçilərinin adlarının həkk olunduğu bildirilir.

Rusiya Prezidenti isə Pxenyanın bu addımını yüksək qiymətləndirib. O, Kim Çen Ina təşəkkür edərək memorialı “iki xalq arasında dostluq və birliyin simvolu” adlandırıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol