Menu

Putin Primakovu istefaya göndərdi

27.04.2026, 16:58
Putin Primakovu istefaya göndərdi

Rusiya Prezidenti Vladimir Putin, Yevgeni Primakovu “Rossotrudniçestvo” rəhbəri vəzifəsindən azad edib. Başqa bir fərmanla Rusiyanın keçmiş baş prokuroru Yuri Çaykanın oğlu İqor Çaykanı agentliyin rəhbəri təyin edib. İqor Çayka əvvəllər "Rossotrudniçestvo" rəhbərinin müavini vəzifəsində çalışıb.

Yevgeni Primakov babasının adını daşıyır. Onun babası Rusiya Federasiyasının Baş naziri (1998–1999), Xarici İşlər naziri (1996–1998) və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri kimi yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Rossotrudniçestvo”nun nəzdindəki “Rus Evi”-nin Bakıdakı ofisinin fəaliyyəti dayandırılıb.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol