Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib.
“AzPolitika” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, sözügedən müəssisəsinin rəisi Elgiz İsmayılov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Müəssisənin rəisi vəzifənin icrası müvəqqəti olaraq 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılova həvalə edilib.
Məlumatı Ədliyyə Nazirliyindən təsdiq ediblər.

Şərhlər
Sərəncama götürülmək işdən çıxarmaq demək deyil. Onun bütün qayğısıı dövlət çəkəcək deməkdir. Görəsən, müəllimlər, həkimlər, sürücülər niyə sərəncama götürrülmür? ... Türmədə qışqıra-qışqıra söyüş söyənlər müəllimdən-həkimdən üstün imiş.Uşaq pulu kəsilərək bu cür sərəncama göndərilənlərə verilir....