Ukraynanın şərqində Liman şəhəri yaxınlığında döyüş bölgəsində qalan 72 yaşlı qadın Ukrayna əsgərləri tərəfindən qeyri-adi üsulla xilas edilib. 

Dron vasitəsilə aşkar olunan qadının köməyinə 60-cı Müstəqil Mexanikləşdirilmiş Briqada əməkdaşları çatıb.

Əsgərlər riskə girməmək üçün “Cerberus” adlı pilotsuz quru nəqliyyat vasitəsi ilə xilasetmə əməliyyatı həyata keçiriblər. Təxminən 4 saat davam edən əməliyyat nəticəsində qadın və daha 3 mülki şəxs təhlükəsiz əraziyə çıxarılıb.

Rəsmilərin bildirdiyinə görə, qadının 53 il yaşadığı ev dağıdılıb. Siverski Donets çayı sahilində yerləşən Liman bölgəsi hazırda “boz zona” olaraq qalır və tez-tez toqquşmaların baş verdiyi təhlükəli ərazilərdən biridir.

"AzPolitika.info"