Xəbər verildiyi kimi, ötən gecə Ukrayna PUA-ları növbəti dəfə rusiyanın Qara dəniz sahilindəki Tuapse neft email zavodunu vurub.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yerli icra hakimiyyəti orqanlarına istinadla yaydığı məlumata görə, Tuapsedəki neft emalı zavodunun yaxınlığında yerləşən evlərin sakinləri böyük yanğın səbəbindən təxliyə olunurlar. Sosial şəbəkələrdə isə yeni yanğınla bağlı görüntülər yayımlanıb.
Tuapse rayonunun rəhbəri Sergey Boyko 6 nömrəli məktəbdə müvəqqəti sığınacağın yaradıldığını bildirib. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, 164 yanğınsöndürən 46 texnikadan istifadə edərək yanğını söndürmək üçün çalışır.
Rusiya media orqanlarının da qeyd etdiyi kimi, 16 və 20 apreldə dron hücumlarından sonra baş verən yanğınlara baxmayaraq, Tuapse sakinləri təxliyə olunmamışdılar. Ekoloqlar isə şəhərdə və dəniz sahillərində vəziyyətin ekoloji fəlakət həddinə çatdığını qeyd edirlər.
“AzPolitika.info”

Şərhlər