Menu

Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq

28.04.2026, 17:57
Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Mayın 1-də keçiriləcək iclasın gündəliyinə 8 məsələ daxildir.

Onlar aşağıdakılardır:

1. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunun layihəsi.

2. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunun layihəsi.

3. "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanunun layihəsi.

4. Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

5. "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (birinci oxunuş).

7. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

8. "Vətəndaşların müraciətləri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

Şərhlər

Ramil 2026-05-06 01:11:13

Xahiş edirəm aprel döyüşçülərinə veteran statusu verilsin şüarını verilişinizdə səsləndirərdiniz

Ramil 2026-05-06 01:09:58

Mən 2016 cı il aprel döyüşçülərində iştirak etmişəm veteran statusu ala bilmirəm xahiş edirəm köməklik edəsiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol