Menu

Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək

28.04.2026, 18:36
Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək

Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur.

Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.

Şərhlər

Vəli 2026-04-28 20:02:13

Bah! Milli məclis Gömrüyümüzdəki rüsvayçılığın qarşısın almaq üçün böyük addım atmışdır....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol