Menu

Polşa arxeoloq Butyagini Rusiyaya təhvil verib

28.04.2026, 19:17
Polşa arxeoloq Butyagini Rusiyaya təhvil verib

Arxeoloq Aleksandr Butyagin Belarus-Polşa sərhədində əsir mübadiləsi çərçivəsində Rusiyaya qaytarılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, əsir mübadiləsi aprelin 28-də “5-in 5-ə” formatında baş tutub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, iki Rusiya vətəndaşı – arxeoloq Butyagin və Dnestryanıda sülhməramlı kimi xidmət edən rus hərbçisinin həyat yoldaşı ölkələrinə qaytarılıb. Onlar kəşfiyyat məqsədilə Rusiyaya gələn Moldovanın iki xüsusi xidmət zabiti ilə dəyişdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol