Menu

"ABŞ quru əməliyyatına cürət etməyib" - İran ordusunun generalı

28.04.2026, 20:29
"ABŞ quru əməliyyatına cürət etməyib" - İran ordusunun generalı

ABŞ və İsrail İrana qarşı quru əməliyyatına cürət etməyib.

"Report" xəbər verir ki, bunu İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Əmir Əkrəminiya yerli telekanala müsahibəsində açıqlayıb.

"Düşmən quru əməliyyatına cürət etməyib", - o bildirib və əlavə edib ki, quru qoşunları ABŞ-nin region ölkələrindəki bazalarına "Fəcr" və "Fəth" raketləri ilə zərbələr endirib və quru müdaxilədən çəkindirib.

Onun sözlərinə görə, sərhədlərin qorunması üçün ordunun quru qoşunları tərəfindən görülən ehtiyat tədbirləri əhəmiyyətli idi: "Çəkindirici mühüm amillərdən biri, sərhədlərin təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan ordunun İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ilə birlikdə yüksək hazırlığı idi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol