Menu

Pakistan "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib

29.04.2026, 09:21
Pakistan "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib

Pakistan İslam Respublikasında hazırlanmış və 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Qeyd olunub ki, qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.

"Dəqiqliyi və davamlılığı artırmaq üçün daxil edilmiş bir sıra altsistemlərin müxtəlif texniki parametrləri və xüsusiyyətləri yoxlanılıb", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol