Menu

Problemli kreditlərin məbləği 29 %-ə yaxın artıb

29.04.2026, 10:27
Problemli kreditlərin məbləği 29 %-ə yaxın artıb

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 619,6 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 10,25 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 18,1 %, son 1 ildə isə 28,65 % artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət fevralın sonuna 1,8 %, ötən ilin sonuna 1,6 %, ötən il martın sonuna da 1,6 % olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol