Ötən gecə Ukrayna Silahlı Qüvvələrinin PUA-ları Rusiya ərazisinə və Krıma hücum edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Orenburq bölgəsindəki neft emalı zavoduna zərbə endirilib, eləcə də Krım yarımadasındakı hərbi aerodromlarda partlayış səsləri eşidilib.
Sonradan məlum olub ki, Orenburqdakı Orsk Neft Emalı Zavoduna (Orsknefteorgsintez) zərbə endirilib. Dron təhlükəsi səbəbindən Orsk, Çelyabinsk, Yekaterinburq və Perm hava limanlarında uçuş məhdudiyyətləri tətbiq edilib.
Həmçinin Permdəki “LUKOIL-Permnefteorgsintez” neft emalı zavoduna zərbə endirilməsi barədə məlumat yayılıb. Zavodda güclü yanğın baş verib. Sosial şəbəkələrdə və mediada şəhərin üzərini Tuapsedəki kimi qatı duman bürüdüyünə dair videolar yayılmağa başlayıb. Artıq Permdə də yerli əhali ekoloji durumdan şikayət edir.
“AzPolitika.info”

Şərhlər