Rusiyanın keçmiş prezidenti və hazırkı Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə aqressiv paylaşım edib. Bu dəfə onun paylaşımında həm də Rusiya müttəfiqlərindən üstörtülü küskünlük notları olub.
“AzPolitika” xəbər verir ki, Medvedev yeni paylaşımında III Aleksandrdan sitat gətirərək, Rusiyanın yalnız iki müttəfiqinin olduğunu qeyd edib:"III Aleksandr haqlı idi ki, Rusiyanın yalnız iki müttəfiqi var - ordu və donanma”.
O yazıb ki, guya Rusiyanın Avropaya qarşı heç bir aqressiv planı yoxdur. Amma buna baxmayaraq, Ukrayna ilə müharibə Rusiya üçün "qələbə ilə bitəcək".
Onun sözlərinə görə, rusların əksəriyyəti "bir şeyi gözləyir - qələbə və hərbi kampaniyanın sonu": "Bunun baş verməsi üçünsə cəbhədə və arxa cəbhədə hələ çox iş görülməlidir".
“AzPolitika.info”

Şərhlər
Medvedev açıq şəkildə sübut edir ki, Rusiyanın heç vaxt müttəfiqi olmayıb və indiyədək dövlətlərlə bağladığı müqavilələr Rusiya üçün həqiqəti əks etdirməyib. İndi həmin "müttəfiqlər" də faktiki yoxdur. Rusiyanın ümidinə qaldığı ordu və donanması da bir şeyə qadir olmadığını son 4 ildə ortaya qoydu. Budur bu günkü Rusiyanın durumu. Yəni Rusiya daha yox kimidir