Menu

Makron Ermənistana gəlir - Gümrüdə 1 milyon dollara konsert təşkil olunacaq

30.04.2026, 13:28
Makron Ermənistana gəlir - Gümrüdə 1 milyon dollara konsert təşkil olunacaq

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana dövlət səfəri gözlənilir.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Makron mayın 5-də dövlət səfəri çərçivəsində Gümrüyə səfər edəcək və burada böyük konsertdə iştirak edəcək. Bu barədə bu gün Ermənistan hökumətinin iclasında təqdim olunan layihələrdən birində bildirilib.

Ermənistan Nazirlər Kabineti həmin konsert üçün təxminən 393 milyon dram və ya 1 milyon dollardan çox vəsait ayıracaq.

"5 mayda Gümrüdəki Vardanants meydanında Ermənistan və Fransa arasında dostluğa və mədəni əməkdaşlığın dərinləşməsinə həsr olunmuş böyük konsert planlaşdırılır", - deyə məlumatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol