ABŞ Prezidenti Donald Tramp NASA-nın Artemis II komandasını Oval Ofisdə qəbul edib.

Jurnalistin NASA qərargahının Vaşinqtondan digər ştatlara köçürülüb-köçürülməyəcəyi ilə bağlı sualını eşidə bilməyən Tramp suala NASA administratoru Cared İsaakmanın cavab verməsini təklif edib.

"Bu sualı o gözəl qulaqlarınızla eşitdinizmi? Onun əla eşitməsi var",-deyə o qeyd edib.

Trampın sözlərindən sonra İsaakman əsəbi bir təbəssümlə suala deyib:"Bu, bir az kommersiya sirridir".

Trampın NASA administratoru ilə bu cür danışığı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri bunu qeyri-etik adlandırıblar.

"AzPolitika.info"