Azərbaycanlı gənclər tərəfindən hazırlanmış yeni sosial şəbəkə platforması – BRUH Social istifadəyə verilib. Platforma istifadəçilərə sözlər əvəzinə memlər vasitəsilə ünsiyyət qurmaq imkanı təqdim edir.
Layihə müəllifləri bildirir ki, ideya müasir gənclərin ünsiyyət tərzində baş verən dəyişikliklərin müşahidəsi əsasında formalaşıb. Onların sözlərinə görə, gənclər artıq uzun mətnlərdən daha çox qısa, vizual və emosional kontentə üstünlük verir.
Qeyd olunur ki, platforma istifadəçilərə həm hazır memlərdən istifadə etməyə, həm də öz kontentlərini sürətli şəkildə yaratmağa imkan yaradır. Sadə və intuitiv interfeys isə paylaşım prosesini asanlaşdırır.
Məlumata görə, layihə 18 yaşlı azərbaycanlı gənclər tərəfindən qurulub. Həmtəsisçilərdən İbrahim İbrahimli Türkiyədə Orta Doğu Texniki Universitetində, Ziya Sadıqzadə isə Çexiyada Charles Universitetində təhsil alır. Bildirilir ki, onlar daha əvvəl müxtəlif beynəlxalq və yerli layihələrdə iştirak edib, startap sahəsində təcrübə qazanıblar.
Ekspertlər qeyd edir ki, sosial media bazarında istifadəçi davranışları dəyişir və platformalar getdikcə daha çox vizual və sürətli ünsiyyət formatlarına yönəlir. Bu baxımdan, BRUH Social-ın yanaşması yeni bir trend kimi qiymətləndirilir.
Hazırda platforma açıqdır və istifadəçilər bruhsocial.app vasitəsilə qeydiyyatdan keçə bilirlər.
“AzPolitika.info”

Şərhlər
Salam
Sdu tgt
Menasizdi