ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.
"Report" xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken "Reuters"ə bildirib.
Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.
O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.
"Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür", - o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.

Şərhlər
Məsəl var "it əl çəkdi, motal əl çəkmir ki, çəkmir". Nobelçilər də dərsliyi tutub bu dəliyə mükafatı vermir ki, vermir. Bunlara demək lazımdır ki, istəyənin bir üzü qara, verməyənin iki üzü də qara. "İt aparan olsun " deyib verin bu mükafatı bu dəliyə cəhənnəm olsun əl çəksin də
Trampdan həyasızlığın həqiqətən hüdudu yoxdur. Adam hətta hərbi nazirliyinin adını belə dəyişib dünyada yeganə hal kimi müharibə nazirliyi adlandırdı. Trampla müharibə mükafatı verilə bilər. Amma elə bir mükafat da yoxdur..