Menu

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

01.05.2026, 07:37
Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

Dünən gecə UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk matçları keçirilib.

Apasport.az xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Polşada "Kristal Pelas"la qarşılaşıb.

Görüş nominal meydan sahiblərinin 1:3-lük məğlubiyyəti ilə başa çatıb.

"Rayo Valyekano" isə "Strasburq"a qalib gəlir: 1:0.

Cavab görüşləri mayın 7-də keçiriləcək.

UEFA Avropa Konfrans Liqası

Yarımfinal

İlk oyunlar

23:00. "Rayo Valyekano" (İspaniya) – "Strasburq" (Fransa) 1:0

23:00. "Şaxtyor" (Ukrayna) – "Kristal Pelas" (İngiltərə) 1:3

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol