Menu

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

01.05.2026, 11:20
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı (2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib), Mərkəzi Neftçilər Xəstəxanasına əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu (2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb) direktor təyin edilib.

Bundan başqa Abşeron Rayon Mərkəzi Xəstəxanasına Lətifov Hacı Məhəmmədoviç (2025-ci ildən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb), Kliniki Tibbi Mərkəzə Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu (2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb) direktor vəzifəsinə gətirilib.

Şərhlər

AKİF 2026-05-03 20:10:24

TƏBİB !! 50 MANAT ARAYIŞ RÜŞVƏTİNİ LƏĞV EDİN !! AYIBDIR!!

Eldar Eliyev 2026-05-01 11:28:23

Hormetli Tebib Rehberliyi birazda Rayonlara el gezdirin Melelen Goy Gol Xestexanasina Rayonda dozulmez haldir.Hormetle ; Eldar Muellim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol