Avropa liderləri Moskvaya danışıqlar üçün yalvararaq "özlərini alçaltmamalıdırlar".
“AzPolitika” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas “Politico”-ya açıqlamasında deyib: "İndiyə qədər Rusiyanın heç bir dialoqa getmək istəmədiyini gördük. Danışıqlar təşəbbüsü ilə özümüzü biabır etməməliyik ki, “yalvarırıq, bizimlə danışıqlar aparın”.
Kallasın sözlərinə görə, bunun əvəzinə məqsəd Kremli "real danışıqlara vadar etmək” olmalıdır.
Qeyd edək ki, Avropa liderləri nəhayət Ukrayna üçün 90 milyard avroluq krediti təsdiqləyiblər və Rusiya banklarını hədəf alan 20-ci sanksiyalar paketini qəbul ediblər. Nəşr hesab edir ki, bunlar Avropanın qətiyyətli hərəkət etmək və Ukraynanı dəstəkləmək qabiliyyətinə malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Kallas eyni zamanda, Avropanın öz müdafiəsini yenidən nəzərdən keçirməyə məcbur olduğunu deyərək xəbərdarlıq edib ki, “Rusiya öz silahlı qüvvələrini Qərblə uzunmüddətli qarşıdurmaya hazırlayır və zəiflik göstərmək yalnız təcavüzə səbəb olacaq".
Kallas əlavə edib ki, "Rusiya ilə münasibətlərdə əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil".
“AzPolitika.info”

Şərhlər