ABŞ Prezidenti Donald Tramp İrana hücumların bərpası əmrini verməməyi üstün tutur.

APA xəbər verir ki, Tramp bu barədə Floridaya işgüzar səfərə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib.

"Mən bunu etməməyi üstün tuturam. Bir insan olaraq bunu etməməyi üstün tuturam. Amma bu, bir seçimdir", - o deyib.

Tramp İranın irəli sürdüyü şərtlərlə razılaşa bilmədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

"Onlar mənim razılaşa bilməyəcəyim bir şey istəyirlər", - Tramp deyib.

Tramp iranın irəli sürdüyü şərtlərlə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirərkən münaqişəyə son qoymağı və sülhün bərqərar olmasını İranın əsas prioriteti adlandırıb.