Menu

İranda MOSSAD-ın 2 agenti edam olunub

02.05.2026, 12:05
İranda MOSSAD-ın 2 agenti edam olunub

İranda MOSSAD-la əlaqəli iki nəfər edam edilib.

APA-nınməlumatına görə, edam olunan şəxslərin ötən ilin iyun ayında İran və İsrail arasında baş vermiş qarşıdurma zamanı MOSSAD-la əməkdaşlıq etdikləri bildirilib.

Məlumata əsasən, onlar ölkəyə aid həssas məlumatları MOSSAD əməkdaşlarına ötürməkdə ittiham olunublar.

Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxslər partlayış səslərinin yaradılması, MOSSAD-ın göstərişləri əsasında müxtəlif fəaliyyətlərin həyata keçirilməsi, hərbi obyektlərin görüntülənməsi, təhlükəsizlik qurumlarına yalan məlumatların verilməsi, müxtəlif məkanların ünvanlarının və mühüm dövlət şəxsləri barədə məlumatların toplanaraq ötürülməsi kimi əməllərdə günahlandırılıblar.

Bildirilib ki, təqsirləndirilən şəxslər barəsində çıxarılan hökm bütün məhkəmə mərhələlərindən keçdikdən və Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol