İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.
"Bu telefon danışığı zamanı A. Əraqçi yaponiyalı həmkarını diplomatik proses, habelə ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin dayandırılması üzrə cari səylər və təşəbbüslərlə bağlı son hadisələr barədə məlumatlandırıb", - məlumatda bildirilib.
Bundan başqa, Yaponiyanın XİN başçısı ilə telefon danışığında ikitərəfli münasibətlər ətrafında da fikir mübadiləsi aparılıb.

Şərhlər